Data Analytics
Onlayn mağazanın satış analitikası
Bir neçə ölkədə fəaliyyət göstərən mağazanın sifariş datasını təmizləyib çatdırılma müddəti, mənfəət və məhsul tendensiyalarını təhlil etmək.
- Python
- pandas
- seaborn
Tədris modeli
DaCy Academy-də təhsil sadə bir prinsip üzərində qurulub: hər yeni bilik dərhal praktikada sınaqdan keçməlidir. Nəzəriyyə — başlanğıc, praktika — əsas, layihə — nəticədir.
Tədris platforması
Kurslar, tapşırıqlar, lab-lar və irəliləyişin bir yerdə. Hər kurs müəllimin qoyduğu ardıcıllıqla addım-addım açılır.
SQL və Python — birbaşa brauzerdə. Heç nə quraşdırmadan kod yazırsan. Həllin avtomatik testlərlə yoxlanılır və nəticəni dərhal görürsən.
Lab-lar və CTF otaqları. Kibertəhlükəsizlik mövzularını real ssenarilər üzərində, addım-addım məşqlərlə tətbiq edirsən.
Karyera yolun aydındır. Hansı peşəyə hazırlaşdığını, hər səviyyədə nəyi bilməli olduğunu və növbəti addımını görürsən.
Qısa, aydın, ana dilində. Hər mövzu sadə dildə izah olunur, nümunələrlə möhkəmləndirilir və dərhal praktikaya keçir.
Üstünlüklər
Hər mövzu nəzəriyyədən dərhal sonra tapşırıqda, lab-da və ya CTF otağında tətbiq olunur.
Real datasetlər və ssenarilər üzərində portfoliona əlavə edəcəyin layihələr qurursan.
Proqramlar iş dünyasında gündəlik istifadə olunan alətlər və iş prosesləri üzərində qurulub.
Tapşırıqların instruktor tərəfindən yoxlanılır, çətinlikdə qaldığın yerdə yanında olurlar.
Hər proqram konkret peşəyə hazırlayır. Final layihən işəgötürənə göstərəcəyin işə çevrilir.
Kiçik qruplarda hər tələbəyə diqqət ayrılır, sual vermək və birgə işləmək asanlaşır.
Təhsil prosesi
Formu doldur — komandamız səninlə əlaqə saxlayıb suallarını cavablandırsın.
Tədris qrupunda yerini tut, instruktor və komanda yoldaşlarınla tanış ol.
Hər mövzunu instruktorla birlikdə real nümunələr üzərində öyrən.
Lab-lar, CTF otaqları və tapşırıqlarla bacarığını möhkəmləndir.
Final layihən və işlərin işəgötürənə göstərəcəyin portfolioya çevrilir.
Sertifikat və real layihə təcrübəsi ilə iş imkanlarına hazır ol.
Tələbə layihələri
Aşağıdakılar hər proqramda üzərində işlədiyin layihə növlərinə nümunələrdir.
Data Analytics
Bir neçə ölkədə fəaliyyət göstərən mağazanın sifariş datasını təmizləyib çatdırılma müddəti, mənfəət və məhsul tendensiyalarını təhlil etmək.
Data Engineering
CSV və API mənbələrindən datanı toplayıb PostgreSQL-ə yükləyən, Airflow ilə hər gün avtomatik işləyən pipeline.
Cyber Security
Server loglarında uğursuz giriş cəhdlərini təhlil edib hücum mənbəyini tapmaq və insident hesabatı hazırlamaq.
Qeydiyyat açıqdır
Müraciət et — komandamız səninlə əlaqə saxlayıb proqram, qrafik və şərtlər barədə ətraflı məlumat versin.