Ziyad Ahmadzada
Data Engineer
Code Academy-də Data Analyst TA, TEKNOFEST finalisti.
- Data Engineering
- Data Analytics
- Computer for Children
Tədris proqramı
Datanı mənbədən analitikaya daşıyan sistemləri qur. Python və SQL-dən data pipeline-lara, Airflow ilə orkestrasiyaya və Docker-ə qədər — ən çox tələbat olan peşələrdən biri.
Hər gün milyonlarla sifariş, ödəniş və klik data yaradır. Bu datanı toplamaq, təmizləmək və analitiklərin istifadə edəcəyi formaya salmaq Data Engineer-in işidir. Bu proqramda data sistemlərinin necə qurulduğunu addım-addım öyrənirsən.
Python və SQL-in möhkəm əsaslarından başlayıb ETL pipeline-lar yazır, onları Apache Airflow ilə avtomatlaşdırır və Docker konteynerlərində işə salırsan. Kurs real datasetlər üzərində qurduğun end-to-end layihə ilə tamamlanır.
Hər modul praktiki işlə möhkəmləndirilir. Tapşırıqlar instruktor tərəfindən yoxlanılır.
İzolə konteynerlərdə real data alətləri ilə işləyib tapşırıqları həll etmək.
CSV və API mənbələrindən datanı PostgreSQL-ə yükləyən pipeline qurmaq.
Pipeline-ı gündəlik işləyən, xətaları idarə edən DAG-a çevirmək.
End-to-end layihəni GitHub-da sənədləşdirib təqdim etmək.
Data Engineer
Code Academy-də Data Analyst TA, TEKNOFEST finalisti.
Dəqiq tarix, qrafik və şərtlər hər qrup üçün ayrıca elan olunur. Müraciət etdikdən sonra komandamız səninlə əlaqə saxlayacaq.
Proqram Python və SQL modulu ilə başlayır. Əvvəlcədən təcrübə üstünlükdür, amma əsasları kursun içində addım-addım öyrənirsən.
Data Engineer datanın toplanması, saxlanması və daşınması üçün sistemlər qurur. Data Analyst isə həmin datanı təhlil edib biznes qərarları üçün nəticə çıxarır.
Bəli — tələbələrə DaCy Project-də yer alma imkanı təqdim olunur. Şərtlər barədə ətraflı məlumat üçün bizimlə əlaqə saxla.
Bəli. Proqramı uğurla tamamlayan tələbələrə DaCy Academy sertifikatı təqdim olunur.
Dərs qrafiki, format və növbəti qrupun başlama tarixi hər qrup üçün ayrıca elan olunur. Müraciət formunu doldur, komandamız səninlə əlaqə saxlayıb dəqiq məlumat versin.
Qeydiyyat açıqdır
Müraciət et — komandamız səninlə əlaqə saxlayıb proqram, qrafik və şərtlər barədə ətraflı məlumat versin.